“İran Azərbaycanda xırda narazılıqlar yaratmaqda davam edəcək”
ABŞ-ın qlobal analitik şirkəti “Stratfor” ilə APA arasında mövcud olan əməkdaşlıq proqramına əsasən mərkəzin ekspertləri agentliyimizin sorğusu əsasında bir sıra mövzularda təhlil aparıblar. APA-nın məlumatına görə, “Stratfor” ekspertləri hesab edir ki, Yaxın Şərqdə baş verən proseslərin ən vacib mərkəzi Fars körfəzidir: “Məhz burada tarix boyu mövcud olan sünni-şiə balansı artıq pozulub. 2003-cü ildə İraq prezidenti Səddam Hüseynin devrilməsindən sonra, İran öz qərb sərhədlərini gücləndirmək və Ərəb dünyasının mərkəzinə öz ideologiyasını ixrac etmək tarixi şansı əldə etdi. ABŞ-ın İraqdan qoşunlarını çıxarması planı İran üçün yaranmış boşluğu doldurmaq üçün növbəti imkan yaradır. Rəsmi Tehran, həmçinin Şimali Afrikada yaşanan qeyri-stabilliyi bəhanə gətirərək Fars körfəzində də narazı kütlədən istifadə etmək istəyir. İranın əsas hədəfləri çoxlu sayda şiə əhalisi olan və eyni zamanda ABŞ qoşunlarının dislokasiya olunduğu Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanıdır. Bu səbəbdən Bəhreyndə gərgin vəziyyətin davam etməsi ən vacib məqamlardandır. İran ölkə daxilində geniş əlaqələrindən istifadə edərək iqtidarla müxalifət arasında dialoqun yaranmasının qarşısını alıb”.
“Stratfor” ekspertləri hesab edir ki, Bəhreyn bütün regiona bir açardır: “Əgər İran bu ölkədə ciddi qeyri-sabitlik yaratsa, regionda domino effektinə nail ola bilər. Gərginliyin mövcudluğu ən kritik anlara təsadüf edir – ABŞ regionda olan hərbi birləşmələrinin böyük bir qismini çıxarır. Bu, həmçinin sünni ərəb dövlətlərinin ABŞ-a ehtiyacı kritik həddə çatan bir vaxtda baş verir”.
Analitiklər APA-nın sorğusu əsasında Azərbaycan-İran münasibətlərini də şərh ediblər: “İran Azərbaycanda daha artıq gərginlik yaratmaq üçün səylərini artıra bilər. Lakin onlar ciddi qarşıdurmanın yaranmasına getməyəcəklər. Biz artıq onun şahidi olmuşuq ki, rəsmi Tehran hicab məsələsindən, İran mediasından istifadə edərək Azərbaycanda gərginlik, itaətsizlik yaratmaq istəyir. Onlar Azərbaycan İslam Partiyasından da daha sərt davranmağı tələb edirlər. İran müəyyən gərginlik yaratsa da, mövcud hakimiyyətə heç bir formada təsir göstərə bilmədi. Əgər İran Azərbaycana qarşı daha sərt addımlar atsa, bu, Rusiyanın müdaxiləsinə səbəb olacaq. Nəticədə rəsmi Tehran çətin vəziyyətə düşəcək. Bu baxımdan ehtimal olunan odur ki, İran Azərbaycanda xırda narazılıqlar yaratmaqda davam edəcək, lakin əsas diqqətini Fars körfəzi və Ərəb yarımadası dövlətlərinə yönəldəcək”.
“Stratfor” ekspertləri İranda hər hansı ciddi narazılığın olmasını proqnozlaşdırmırlar: “İran müxalifəti xalqı hələlik öz ətrafında birləşdirə bilməyib və əhalinin geniş təbəqələrinin dəstəyinə malik deyil. Mövcud rejim eyni zamanda müxalifət liderlərinin gözdən salınması istiqamətində uğurlu kampaniya aparıb. Rəsmi Tehran xarici qüvvələrin milli azlıqlar - azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərdən istifadə edib ölkədə narazılıq yaratmaq istəyindən narahatdır. İran daxili təhlükəsizlik qüvvələrini gücləndirir, lakin ətraf regionlarda yaranmış fürsəti də əldən buraxmaq istəmir”.

573