Daxili Qoşunlar 19 yaşında
12 mart 2011 12:23 (UTC +04:00)

Daxili Qoşunlar 19 yaşında

APA-nın məlumatına görə, tədbirə Azərbaycanın daxili işlər naziri Ramil Usubov, Türkiyə Jandarma Baş Komandanlığının qərargah rəisi general-polkovnik Fikrət Dəmirtaş və digər şəxslər qatılıb.Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənov bildirib ki, bu tarix Daxili Qoşunlar üçün dəyərli və qiymətlidir: “Daxili Qoşunlar bu gün yüksək döyüş hazırlığına malik bir qurumdur. Ali Baş Komandanın Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda davamlı olaraq inkişaf prosesi gedir”.


Z. Həsənov Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə DQ şəxsi heyətindən 496 nəfərin şəhid olduğunu, 1166 nəfərin yaralandığını, 168 nəfərin itkin düşdüyünü, 9 nəfərin Milli Qəhrəman adını aldığını xatırladıb. Onun sözlərinə görə, son 7-8 il daxili qoşunlar üçün yeni dövr hesab oluna bilər: “Bu dövrdə daxili qoşunlar döyüş hazırlığı, maddi-texniki təminatına görə adını ilk yerlər sırasına yazdırıb və Avropanın qabaqcıl qurumları ilə yaxından əməkdaşlıq edir. Daxili qoşunlar Avropanın istehsalı olan ən müasir silah və texnikası ilə təchiz olunub”.


Z. Həsənov bildirib ki, Türkiyə Jandarma Qüvvələrinin zabitləri Azərbaycanın Daxili Qoşunlarında xidmət etməklə DQ-nin NATO standartlarına uyğunlaşdırılmasında da rol oynayıblar: “Bu gün Daxili qoşunlar qarşıya qoyulan xidməti vəzifələrini tam yerinə yetirməyə qadirdir. Daxili qoşunlar bundan sonra vəzifələrini yerinə yetirməyə, dövlətimizin ərazi bütövlüyünün təmin olunması üçün Ali Baş Komandanın əmrinə hazırdır”.

Daha sonra çıxış edən daxili işlər naziri Ramil Usubov Azərbaycan prezidenti İlham Əliyevin DİN Daxili Qoşunlarının şəxsi heyətinə təbrikini çatdırıb. Nazir bildirib ki, Daxili Qoşunlar qısa zamanda çox böyük yol keçib, şəxsi heyət yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malikdir: “Daxili Qoşunlar fəaliyyətində daim dövlətçiliyimizə xidmət edib”.

Daxili Qoşunların qarşıya qoyulan vəzifələrinin öhdəsindən uğurla gəldiyini vurğulayan Ramil Usubov Türkiyə Jandarma Komandanlığının qardaşlıq yardımının bu gün də davam etdiyini bildirib.

Sonra nazir xidmətdə fərqlənən şəxsi heyəti təltif edib. O, Daxili Qoşunların qərargah rəisinin birinci müavini polkovnik Şahin Məmmədova general-mayor rütbəsini təqdim edib.


DQ-nin komandanı Zakir Həsənov Türkiyə Jandarma Baş Komandanlığının qərargah rəisi general-polkovnik Fikrət Dəmirtaşı “Daxili qoşunlarda yüksək fərqlənməyə görə” döş nişanı ilə təltif edib.

Xidmətdə fərqlənən Daxili Qoşunların hərbi qulluqçuları təltif olunduqdan sonra şəxsi heyət nümunəvi keçid edib.


Daha sonra tədbirdə iştirak edənlər Daxili Qoşunların istifadə etdiyi silah və texnikaya, həmçinin əsgər kazarmalarına baxış keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2063

Oxşar yazılar