Senator Xocalı qətliamı ilə bağlı məktub göndərib
12 mart 2011 11:19 (UTC +04:00)

Senator Xocalı qətliamı ilə bağlı məktub göndərib

APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, senator Uorner məktubunda Azərbaycan diasporunu əmin edir ki, o, Azərbaycan diasporu da daxil olmaqla virciniyalıları narahat edən hər bir məsələnin həll edilməsi üçün səy göstərir.


Senator bildirib ki, o və onun qərargah üzvləri Azərbaycan diasporunun qeydlərini diqqətlə öyrənəcək və müvafiq qanunvericilik aktının qəbul edilməsinə çalışacaqlar.

Bundan əvvəl, ABŞ Konqresinin bir sıra üzvləri Azərbaycan xalqına və diasporuna qoşularaq, Xocalı faciəsinin 19-cu ildönümünü anıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar