Ramil Usubov Metyu Brayzanı qəbul edib
12 mart 2011 10:21 (UTC +04:00)

Ramil Usubov Metyu Brayzanı qəbul edib

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazir qonağı səfir təyin olunması münasibətilə təbrik edib, qeyd edib ki, bu təyinat Azərbaycanla Amerika arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcək. Ramil Usubov ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında işgüzar əlaqələrin mövcudluğunu xatırladıb, xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı mübarizə məsələlərinin səfirliklə əlaqələrdə ön plana çəkildiyini qeyd edib.



Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

Nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bütövlükdə bölgədə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinə də mənfi təsir etdiyini bildirib.


Səfir Məbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, fəaliyyəti dövründə ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar