Lətif Hüseynov Avropa Şurasında komitə sədri seçildi
11 mart 2011 21:44 (UTC +04:00)

Lətif Hüseynov Avropa Şurasında komitə sədri seçildi

APA-nın Avropa bürosunun xəbərinə görə, bu vəzifəyə qurumun Azərbaycandan olan üzvü, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov seçilib.

L. Hüseynov bu vəzifəyə iki il müddətinə seçilib. Ondan öncə komitəyə italiyalı Mauro Palma rəhbərlik edib. Azərbaycanlı hüquqşünasın Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi kimi mötəbər təsisatına sədr seçilməsi təşkilatın tarixində ilk hadisədir.

Xatırladaq kı, qısa olaraq İşgəncələrə qarşı Komitə (CPT) adlanan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsi, azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək məqsədilə, üzv ölkələrdəki bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanalar, polis məntəqələri, uşaq koloniyaları, xarici vətəndaşların saxlanıldığı yerlər və ruhi dispanserlərə qeyri-məhdud şəkildə baş çəkmək hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435

Oxşar yazılar