Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Strasburq Forumu başlayıb
11 mart 2011 19:18 (UTC +04:00)

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Strasburq Forumu başlayıb

Toplantı “Azərbaycan 20 - Baxış 2020” adı ilə gerçəkləşdirilir. APA-nın Avropa bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, Avropa ölkələrində akkreditə olunmuş səfirlər, millət vəkilləri, KİV rəhbərləri iştirak edir.

ASAİF-in həmtəsisçilərindən olan Orxan Əkbərov bildirib ki, tədbirə dünyanın 25 ölkəsində təhsil alan 150 tələbə qatılıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Azərbaycan gənclər siyasətinə həmişə önəm verib. Nazir deyib ki, azərbaycanlı tələbələrin toplantısının Avropanın siyasi mərkəzlərindən biri olan Strasburqda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O, hazırda azərbaycanlı gənclərin xaricdə oxuması üçün xüsusi proqram həyata keçirildiyini, diplomatik korpusda çox sayda gəncin təmsil olunduğunu, ölkə bələdiyyələrinin üzvlərinin 30 faizinin gənclər olduğunu xatırladıb.

AŞ Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin AŞ yanındakı daimi nümayəndəsi Dəryal Batıbəy də söz alaraq toplantıya uğurlar arzulayıb və bu toplantının tələbələr arasında müzakirə üçün yaxşı fürsət olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar