Sərkisyan: “Azərbaycanın mövqeyində irəliləyişlər var”
11 mart 2011 10:57 (UTC +04:00)

Sərkisyan: “Azərbaycanın mövqeyində irəliləyişlər var”

APA-nın məlumatına görə, Riqada erməni diasporunun üzvləri ilə görüşdə Sərkisyan bir həftə əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı müsbət nəticə gözləyə biləcəyini söyləyə bilməzdi: “Lakin martın 5-də Soçidə keçirilən görüşdən sonra deyə bilərəm ki, Azərbaycanın mövqelərində müəyyən irəliləyişlər var. Yəqin ki gələcəkdə həll prinsipləri ilə bağlı müəyyən razılaşmaya gələ biləcəyik. Söhbət həmsədrlərin təklif etdiyi baza prinsiplərindən - güc tətbiq olunmaması, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsiplərindən gedir. Bu prinsiplər razılaşdırıldıqdan sonra danışıqların yeni mərhələsi başlaya bilər. Bir çox məsələlər bu mərhələdə konkretləşəcək. Demək istəyirəm ki, baza prinsiplərini razılaşdırmaq yalnız başlanğıcdır, lakin danışıqların sonu da deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar