Albaniya ermənilərin 9 yaşlı uşağı öldürülməsini qətiyyətlə pislədi
10 mart 2011 14:52 (UTC +04:00)

Albaniya ermənilərin 9 yaşlı uşağı öldürülməsini qətiyyətlə pislədi

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Albaniyanın xarici işlər naziri Edmond Hacinasto Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında erməni snayperindən açılan atəş nəticəsində azyaşlı azərbaycanlının qətlə yetirilməsi faktına münasibət bildirərkən deyib. “İnanırıq ki, münaqişə tərəflərində kifayət qədər iradə mövcuddur ki, danışıqlar davam etsin. Davamlı sülh insanların normal yaşayışına imkan verəcək”, - deyə qonaq vurğulayıb.

Nazir Albaniyanın Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəklədiyini bildirib: “İnanırıq ki, diplomatik yolla münaqişənin həlli üçün hələ potensial var”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar