Prezident həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb
10 mart 2011 10:15 (UTC +04:00)

Prezident həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Lent.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, fərmana əsasən, 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar