Həmsədrlər atəşkəsin pozulması ilə bağlı bəyanat verdilər
09 mart 2011 18:50 (UTC +04:00)

Həmsədrlər atəşkəsin pozulması ilə bağlı bəyanat verdilər

Təsdiqlənəcəyi təqdirdə bu kimi mənasız aktlar tərəflərin güc tətbiqindən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına can atmaq barədə götürdükləri öhdəliklərlə ziddiyyət təşkil edir”.

APA-nın məlumatına görə, bu fikirlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vilnüsdə yaydıqları birgə bəyanatda əksini tapıb.
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi Anjey Kaspşikdən bütün tərəflərin iştirakı ilə bu kimi faktlarla bağlı dərhal təhqiqata başlamağı xahiş ediblər.



Bəyanatda, həmçinin qeyd olunur ki, vasitəçilər gələn həftə yenidən regiona səfər edəcək və keçirəcəkləri görüşlərdə tərəfləri təhqiqat aparılması məsələsində əməkdaşlığa çağıracaqlar.

Həmsədrlər bir daha insan itkiləri ilə nəticələnən addımları qəti şəkildə
pisləyib və tərəfləri israrla səbir nümayiş etdirməyə və 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşmaya əməl etməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar