Xarici işlə naziri Paraqvayın yeni səfirini qəbul edib
09 mart 2011 18:42 (UTC +04:00)

Xarici işlə naziri Paraqvayın yeni səfirini qəbul edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, etimadnamənin surətini təqdim edən Gilen səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Paraqvay-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını söyləyib.

Öz növbəsində nazir Elmar Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə paraqvaylı diplomatı təbrik edib, ona işlərində müvəffəqiyyətlər arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar