Həmsədrlər: “Həlledici addımların vaxtı çatıb”
11 fevral 2011 19:46 (UTC +04:00)

Həmsədrlər: “Həlledici addımların vaxtı çatıb”

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlərinin yekunları ilə bağlı yaydığı bəyanatda bildirilir.

Həmsədrlər 2010-cu ilin oktyabr ayında Həştərxanda yüksək səviyyəli görüşü ilə başlayan işlər nəticəsində müsbət işlərin görüldüyünü vurğulayıblar. Onlar tərəfləri münaqişənin sülh yolu ilə həlli və yeni mərhələyə başlamaq üçün növbəti irəliləyişlərə nail olmağa çağırıblar.

Həmsədrlər sülh əldə olunması üçün əlverişli mühit yaradılması məqsədilə münaqişə tərəflərinə səbir nümayiş etdirməyi, o cümlədən açıq bəyanatlarda dözümlülük göstərməyi tövsiyə ediblər.

Bəyanatda qeyd olunur ki, həmsədrlər regiona səfərləri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşiklə İrəvanda Ermənistan prezidenti, xarici işlər və müdafiə nazirləri, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar