“Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
Rusiya artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aktiv iştirak edir.
Bu açıqlama ilə APA-nın Moskva müxbirinin suallarını cavablandıran Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin çıxış edib.
Rusiyalı diplomat bu xüsusda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Moskvada keçirilən görüşlərini qeyd edib. Onun sözlərinə görə, bu görüşlərdə qəbul olunmuş sənədlər və əldə edilmiş razılıqlar nizamlanma prosesinə dair praktik məsələlərdə irəliləyiş olmasına xidmət edir: “Mən Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin bu ölkələrin xalqları arasında pozitiv münasibətlərin yaranması üçün İrəvana, Bakıya və Dağlıq Qarabağa birgə səfərlər təşəbbüslərini də qeyd etmək istərdim. Axı bunlar qonşu xalqlardır. Düzdür, problemlər sözsüz ki, var, amma münasibətləri pozitiv məcraya salmaq vacibdir”.
Q.Karasin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Onun sözlərinə görə, ötən ilin avqust hadisələri Gürcüstanın ərazi bütövlüyünə ona görə zərbə vurub ki, rəsmi Tiflis danışıqları dayandırmaq və beynəlxalq ictimaiyyət tərəfindən münaqişə tərəfi kimi tanınmış Cənubi Osetiyaya hücum etmək barədə qərar qəbul edib: “Bundan sonra Gürcüstanın ərazi bütövlüyündən necə söhbət gedə bilər? Onu bugünkü Tiflis hakimiyyəti pozub”.
Diplomat əlavə edib ki, Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasının klassik “ərazi bütövlüyü” prinsipinə aidiyyəti yoxdur: “Gürcüstanla bağlı biz təcavüzdən və beynəlxalq nizamlanma prosesinin pozulmasından danışırıq. Amma Rusiya beynəlxalq hüququn prinsiplərini həmişə tanıyıb və tanıyır”.

701