Xabi Alonso istefa şayiələrinə  aydınlıq gətirdi
26 noyabr 2025 12:01 (UTC +04:00)

Xabi Alonso istefa şayiələrinə aydınlıq gətirdi

0

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso onun istefası ilə bağlı şayiələrə münasibət bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə şayiələrə əhəmiyyət vermədiyini deyib:

“Klub rəhbərliyinin mənə dəstək barədə ictimai açıqlama verməsinə ehtiyac yoxdur. Mən hər gün rəhbərliklə əlaqədəyəm və bu, tamamilə kifayətdir. İstefa ilə bağlı şayiələr mənə təsir etmir. Məni yalnız məşqlərdə və oyunlarda baş verənlər maraqlandırır. Qalanı məni maraqlandırmır. Hazırda komandada heç kim mövcud vəziyyətdən razı deyil, amma mən əminəm ki, biz irəliləyiş əldə edəcəyik”.

Xatırladaq ki, bir neçə gün əvvəl dünyanın ən nüfuzlu mənbələrindən biri olan “The Athletic” xəbər verib ki, Vinisius Alonso ilə konflikt səbəbindən “Real”la müqaviləni uzatmaqdan imtina edir. Bundan əvvəl İspaniya mediası yazıb ki, Alonsonun komanda ilə münasibətləri heç də yaxşı deyil: futbolçular onun bəzi taktiki qərarlarını qəbul etmirlər və Xabinin Madrid klubundakı mövqeyi getdikcə daha da qeyri-sabit olur.

“Real” son üç oyunda heç bir qələbə qazana bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 38

Oxşar yazılar