Onun ölümünə görə 16 nəfər  saxlanıldı
26 noyabr 2025 13:51 (UTC +04:00)

Onun ölümünə görə 16 nəfər saxlanıldı

0

Türkiyədə gənc qızın qətlinə görə 16 nəfər saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kırklareli rayonunun Lüleburgaz məhəlləsində qeydə alınıb.

19 yaşlı Rümeysa Sanpur axşam yeməyi üçün nişanlısının evinə gedib. Bu zaman nişanlısının ədavətli olduğu şəxslər evə silahlı hücum ediblər. Ev sahibləri də həmçinin qarşılıq veriblər və tərəflər arasında atışma çıxıb. Nəticədə qız da güllə yarası alıb.

Xəstəxanaya yerləşdirilən gənci xilas etmək mümkün olmayıb.

Faktla bağlı 16 nəfər saxlanılaraq, hakim qarşısına çıxarılıb.

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar