Ərinin xəyanətini  başqa ölkədəki daşqın sayəsində  bildi - Film kimi OLAY
26 noyabr 2025 12:44 (UTC +04:00)

Ərinin xəyanətini başqa ölkədəki daşqın sayəsində bildi - Film kimi OLAY

0

Malayziyalı bir qadın ərinin xəyanətini Taylandda baş verən daşqın sayəsində üzə çıxarıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, malayziyalı kişi iş yoldaşları ilə birlikdə Taylandın Sonxla vilayətində yerləşən Xat Yay şəhərinə səfər edib. Lakin 22 noyabrda bölgədə başlayan leysan yağışlar nəticəsində son 300 ilin ən güclü daşqını baş verib. Kişi və həmkarları oteldə qapalı vəziyyətdə qalıblar. Onun həyat yoldaşı Taylandda yaşayan rəfiqəsindən xahiş edib ki, imkan varsa, vəziyyəti yoxlasın və onları təbii fəlakət zonasından çıxarmağa kömək etsin. Rəfiqə bunu şəxsən edə bilməyib, lakin əmisi oğlundan kömək istəyib.

O, otelə çatanda administrasiya orada dörd malayziyalının qaldığını təsdiqləyib. Lakin məlum olub ki, kömək istəyən malayziyalı qadının əri başqa bir qadınla eyni otaqda qalırmış və onu hamıya öz həyat yoldaşı kimi təqdim edib. Aldadılan qadının rəfiqəsi baş verənləri hələ ona deməyib və əlavə edib ki, həmin qadın çox yaxın zamanda dördüncü övladını dünyaya gətirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar