4 yaşlı qız diş həkimi kabinetində  öldü
26 noyabr 2025 12:15 (UTC +04:00)

4 yaşlı qız diş həkimi kabinetində öldü

0

Qazaxıstanın paytaxtı Astanada 4 yaşlı qız stomatoloji müalicə zamanı ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, faktla bağlı anestezioloq barəsində cinayət işi açılıb. Məlumata görə, uşağa ümumi narkoz altında eyni vaxtda 18 dişin müalicəsi aparılıb və bu, ürəyin dayanmasına səbəb olub.

İstintaq müəyyən edib ki, qızcığaz klinikaya gəlməzdən bir az əvvəl ağciyər iltihabı keçirib və onun tənəffüs funksiyaları tam bərpa olunmayıb. Bu vəziyyətdə narkozun verilməsi kəskin oksigen çatışmazlığına gətirib çıxarıb.

Mərhum qızcığazın atası bildirir ki, əvvəlcə 9–11 dişin müalicəsi müzakirə olunmuşdu, lakin həkimlər bütün 18 dişin eyni vaxtda müalicəsində israr ediblər. “Mən proseduru iki mərhələdə aparmağı təklif etdim, amma həkimlər hər şeyin bir dəfəlik edilməli olduğunu deyirdilər,” — deyə ata izah edib.

Bununla belə, anestezioloq özünü təqsirli hesab etmir və tibbi standartlara uyğun hərəkət etdiyini iddia edir. Bu iş üzrə məhkəmə araşdırması davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar