Qarabaşaq özünəməxsus dada malikdir və çox doyumludur, buna görə müxtəlif yeməklərin hazırlanmasında geniş istifadə olunur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yeməklərinizin daha da ləzzətli olmasını istəyirsinizsə, qarabaşaq yarması bişirmə sirlərindən istifadə edin.
Qarabaşağı daha dadlı necə bişirmək olar?
Əvvəlcə məhsulun düzgün seçilməsindən başlamaq lazımdır. Mağazaya gedəndə birinci növ qarabaşağa üstünlük verin - çünki o, ən iri dənəli və ən təmiz olur. Bir çox aşpazlar qarabaşağı bişirməzdən əvvəl tavada azca qovururlar - bu, tamamilə doğrudur. Əgər tavaya xırdalanmış bir diş sarımsaq əlavə etsəniz, qarabağaın dadı daha da ləzzətli olacaq.
Sxematik olaraq qarabaşağın bişmə qaydası belədir:
Əgər qarabaşağın dənə-dənə, yəni quru olmasını istəyirsinizsə, 1 stəkan qarabağağa 2 stəkan soyuq su götürün. Əgər daha yapışqan, sıyıq kimi olmasını istəyirsinizsə, 1 stəkan qarabaşağa 3 stəkan su əlavə edin. Qarabaşağı həmişə az odda, qapağın altında bişirmək lazımdır. Dadlı yemək heç vaxt alınmaz əgər istifadə etdiyiniz qarabaşaq düzgün saxlanmayıbsa.
Diqqət edin: qarabaşağı qablaşdırma açıldıqdan sonra 3-4 aydan çox saxlamamaq lazımdır. Bu müddətdən sonra dənli məhsul quruyur və dad keyfiyyətini itirir.
Sonda isə daha bir üsul: qarabaşağı, ümumiyyətlə, bişirmədən də hazırlamaq olar, qaynar su ilə dəmləməklə. Bunun üçün 1 stəkan qarabağağın üzərinə 2 stəkan qaynar su və ya bulyon tökün, qapaqla örtün və bir neçə saat isti yerdə saxlayın. Dənlər tam şişir və yeməyə hazır olur.