Yeni il "yolka"sının  qurulması zamanı FACİƏ: ölən və yaralanan var
26 noyabr 2025 11:33 (UTC +04:00)

Yeni il "yolka"sının qurulması zamanı FACİƏ: ölən və yaralanan var

0

Braziliyanın Manaus şəhərində bayram dekorasiyasının quraşdırılması faciə ilə nəticələnib. İri qaldırma avadanlığı nəhəng şam ağacının ağırlığına tab gətirməyərək aşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə böyük bir yeni il “yolkası”nın kran vasitəsilə quraşdırılması zamanı baş verib. Kran konstruksiyanı qaldıran anda yük həddindən artıq ağır olub. Nəticədə texnika sabitliyini itirərək aşıb. Bir işçi hadisə yerində ölüb, daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd olunur ki, hadisə zamanı yaxınlıqda “Şaxta baba” kostyumunda olan kişi vaxtında kənara tullana bilib və xəsarət almadan qurtulub. Ulduzlar və dekorativ qutularla bəzədilmiş bayram yolkası isə tamamilə deformasiyaya uğrayaraq metal qırıntıları yığınına çevrilib.

Hadisə şəhər üçün ağır zərbə olub və bayramqabağı hazırlıqları pozub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 64

Oxşar yazılar