Avtobusda şüşələri örtən REKLAMLAR - Sərnişinlər ETİRAZ ETDİ
26 noyabr 2025 14:34 (UTC +04:00)

Avtobusda şüşələri örtən REKLAMLAR - Sərnişinlər ETİRAZ ETDİ

0

Marşrut avtobuslarının şüşələrinə vurulmuş reklamlar bir çox sərnişini narahat edib. 14 nömrəli avtobusun şüşələrində görməyə məhdudiyyət yaradan yarım-yamalaq görüntü ortaya çıxaran reklamdan bir qrup sərnişin şikayət edir. Onların sözlərinə görə, uzun yolda ətrafı görməkdə çətinlik çəkirlər, bununla yanaşı gözləri də, yorulur.

Bəs görəsən, ictimai nəqliyyatda ətraf mühiti görməyə əngəl törədən reklamların vurulmasına icazə varmı? Sərnişinlərin iradları haqlıdırmı? Bu məsələni hansı qurum tənzimləyir?

Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan reklam işinin qurucusu Cahid Həsənov Lent.az-a açıqlamasında bildirib ki, bu problemin həlli üçün ilk növbədə qanuna dəyişiklik edilməlidir:

“Mövcud reklam Reklam haqqında” qanunla ictimai nəqliyyat vasitələrinin yan tərəflərində reklamların vurulması icazəlidir, lakin  zaman keçdikcə, bu qanunda dəyişiklik olunmalı, islahatlar keçirilməlidir. Reklam sərnişinin ətraf mühiti görməsi üçün mane törədir, yorucu hal yaradırsa, bu, tənzimlənməlidir. Qanuna dəyişiklik edilərək, nəqliyyatda olan sərnişinin ətraf mühiti görməsini əngəlləyən reklamların şüşələrdə vurulmasına icazə verilməməlidir. Onları şüşə olmayan yerlərə vurmaq lazımdır.. Mahiyyət etibarı ilə həmin reklam yayımlanır, lakin o, heç kimə mane yaratmır”.

Reklamın vurulması ilə bağlı Azərbaycan Dövlət Reklam Agentliyindən Lent.az-ın sorğusuna nəqliyyat vasitələrinin üzərindəki reklamlara qurum nəzarət etmir, cavabı verildi.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNALent.az-ın sorğusuna cavabda qeyd olundu ki, avtobusun üzərində reklam “Reklam haqqında” Qanunun tələblərinə riayət olunmaqla yerləşdirilməlidir.

“Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi normalarına əsasən, avtobuslarda reklam görüntüyə maneə törətməyən texniki hədlər daxilində olmalıdır. Qanunun tətbiqinə nəzarət və görmə məhdudiyyəti yarandığı halda müvafiq tədbirin görülməsi aidiyyatı qurumlar tərəfində həyata keçirilir.  

Qeyd edək ki, avtobuslar daşıyıcılara məxsusdur. Daşıyıcılarla keçirilən görüşlərdə onlara bu məqamlara diqqətlə yanaşmağı tövsiyə olunur”.

Görünən odur ki, qanunda müəyyən qədər boşluqlar olsa da, hər bir halda reklam görüntüyə maneə törətməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar