Metyu Brayza: “Əsas işim Qarabağ münaqişəsinin nizamlanması olacaq”
APA-nın USACC-ın rəsmi saytına istinadən yaydığı məlumata görə, qəbulda çıxış edən səfir Metyu Brayza bildirib ki, ABŞ-ın 18 aydır səfir göndərmədiyi Azərbaycana getməyi çox arzulayır: “Səfir qismində əsas prioritetim Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və ədalətli nizamlanması olacaq. Azərbaycanla ABŞ arasında əlaqələri inkişaf etdirməkdə davam edəcəyəm. Azərbaycanın çox geniş imkanları var və əməkdaşlıq istiqamətləri təkcə neft-qaz sektoru ilə məhdudlaşa bilməyəcək ölkədir”.
531