“Dünya regionları: Qafqazdakı çətinliklər”
02 fevral 2011 10:25 (UTC +04:00)

“Dünya regionları: Qafqazdakı çətinliklər”

ABŞ-ın Sent-Luis şəhərində Vaşinqton Universitetinin təşkilatçılığı ilə “Dünya regionları: Qafqazdakı çətinliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) Lent.az-a verilən məlumata görə, 4-5 fevral tarixlərində keçiriləcək tədbirə SAM-ın aparıcı elmi işçisi Rauf Qaragözov qatılacaq.

Konfransın keçirilməsində əsas məqsəd Vaşinqton Universitetinin professor, müəllim və tələbə heyətini Qafqaz regionunun mədəniyyəti, tarixi və qarşılaşdığı müasir problemlərlə tanış etməkdən ibarətdir. Tədbirdə kollektiv yaddaş, münaqişələrin həlli, regionşünaslıq, beynəlxalq münasibətlər sahələri üzrə dünyanın aparıcı mütəxəssisləri iştirak edəcək.

SAM-ın elmi işçisi konfransda “Dağlıq Qarabağ misalında etno-siyasi konfliktin kollektiv yaddaşı” adlı məruzə ilə çıxış edəcək, daha sonra isə Vaşinqton Universitetinin tələbələri üçün “Dağlıq Qarabağ misalında tarixi təhkiyələr və sosial hədəflər” mövzusunda seminar keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar