Macar-Azərbaycan Dostluq Cəmiyyətində səfirliyimizin əməkdaşları ilə görüş olub
30 yanvar 2011 21:58 (UTC +04:00)

Macar-Azərbaycan Dostluq Cəmiyyətində səfirliyimizin əməkdaşları ilə görüş olub

Cəmiyyətin sədri Svetlana Abdullayeva qurumun üzvlərini təqdim edərək bildirib ki, 1994-cü ildən fəaliyyət göstərən MADC Azərbaycanın tarixi və bu günü, qədim adət-ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə informasiya yaymağı qarşısına məqsəd qoyub.

Tədbirdə çıxış edən qurumun üzvləri təşkilata nə zaman və hansı məqsədlə üzv olmalarından, bu müddət ərzində Azərbaycan barədə təsəvvürlərinin nə dərəcədə genişlənməsindən və Macarıstanda ölkəmizə marağın durmadan artmasından söz açıblar.

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirb ki, cəmiyyətin fəaliyyətinə yaxşı bələddir, xalqlarımızın bir-birini yaxından tanımaları məqsədi daşıyan ümumi işə qurumun hər bir üzvünün şəxsi töhfəsini yüksək qiymətləndirir.

V.Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən il macar dilində çapdan çıxmış üçcildlik topludan söz açaraq bildirib ki, nəşrdə Macarıstanda tanınan gənc Azərbaycan müəlliflərinin qələminə məxsus, onların keçmiş və gələcəklə bağlı mülahizələrini, Vətənin ağrılı-acılı və şad günlərini əks etdirən hekayə, povest və esselər, habelə qədim Azərbaycan diyarı Qarabağın zəngin mədəniyyəti barədə sənədli materiallar yer alır. Bu qəbildən maraqlı layihələr gələcəkdə də həyata keçiriləcək.

V.Quliyev tədbirdə iştirak edənlərə, Azərbaycan və macar xalqlarına uğurlar və tərəqqi arzulayıb.
# 573

Oxşar yazılar