AŞPA sədri Azərbaycan nümayəndə heyətini qəbul edib
26 yanvar 2011 20:01 (UTC +04:00)

AŞPA sədri Azərbaycan nümayəndə heyətini qəbul edib

APA-nın Strasburq müxbirinin məlumatına görə, görüşə Azərbaycanın AŞ yanındakı daimi nümayəndəsi Arif Məmmədov da qatılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA sədrinin Azərbaycanın Avropa Şurasına qəbulunun 10 illiyi ilə bağlı onları təbrik etdiyini söyləyib: “Mövlud Çavuşoğlu bizi bu tarixi gün münasibətilə təbrik etdi və uğurlar arzuladı. Ən əsas problemimiz olan Dağlıq Qarabağ problemi haqqında da danışdıq”.
# 511

Oxşar yazılar