“Minsk Qrupunun prosesə daha çox cəlb olunmasını dəstəkləyəcəyik”
APA-nın “NEWS.am”a istinadən verdiyi məlumata görə, bu fikirləri Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis deyib.
“Məni atəşkəsin pozulması hallarının artması narahat edir. Mən həmçinin hərbi əsirlərin dəyişdirilməsi, Həştərxanda əldə olunmuş razılaşmanı alqışlayıram. Mən bilirəm ki, münaqişənin həlli asan əldə olunmur, tərəqqi prosesi ləng gedir. Biz siyasi danışıqlara yeni stimul vermək üçün ATƏT-in Minsk Qrupunun prosesə daha çox cəlb olunmasını dəstəkləyəcəyik”.
ATƏT sədri bildirib ki, həlli uzadılmış münaqişələr üzrə xüsusi nümayəndə Qedryus Çyakuolis fevralda Azərbaycan və Ermənistana səfər edəcək, tərəflərlə dialoq aparacaq və onun yazda regiona nəzərdə tutulan səfərinə hazırlıq işləri görəcək.
O həmçinin bildirib ki, ATƏT-ə üzv ölkələrin mətbuat azadlığının təminatı üzrə öhdəliklərin təmin olunması istiqamətində ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçlə sıx əməkdaşlıq edəcək: “İyunda Vilnüsdə jurnalistlərin təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək. Əfsuslar olsun ki, jurnalist peşəsi indiyə kimi ATƏT ərazisinə daxil bəzi regionlarda təhlükəli olaraq qalır, biz bu durumu dəyişməliyik”.

525