Azərbaycan prezidenti Lökbatanda olub - FOTO
21 yanvar 2011 15:06 (UTC +04:00)

Azərbaycan prezidenti Lökbatanda olub - FOTO

Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısına Heydər Parkında aparılan əsaslı yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.

Bildirilib ki, əsaslı yenidənqurma nəticəsində parkda qəsəbə sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Burada yeni yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, yaraşıqlı fəvvarə tikilib. Qeyd edilib ki, Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilib.

Prezident İlham Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış “Cırtdan” uşaq əyləncə parkı ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar