Macar aliminin Azərbaycan haqqında kitabı işıq üzü görəcək
19 yanvar 2011 21:27 (UTC +04:00)

Macar aliminin Azərbaycan haqqında kitabı işıq üzü görəcək

Niderlandda nəşr olunan “Avrasiya Araşdırmaları Jurnalının” baş redaktor müavini, tarixçi alim Borbala Obruşanska Azərbaycan tarixi və mədəniyyətinin ardıcıl tədqiqatçısı və təbliğatçısıdır. Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, 2010-cu ilin iyul ayında səfirlik tərəfindən Borbala Obuşanskanın Azərbaycana səfəri təşkil edilib.


Səfər zamanı Borbala ObuşanskaAzərbaycanın müxtəlif bölgələrini gəzib və bir sıra görüşlər keçirib. Ölkəmizdən qayıtdıqdan sonra səfər təəssüratlarını macar oxucuları ilə bölüşən Borbala Obuşanska “Naditaş” qəzetində “İpək yolunun canlandığı yer”, “Turizmus trend” jurnalının dekabr sayında “Azərbaycan xatirəsi”, “Barikad” jurnalının yanvar sayında “Qafqazın bir hissəsi” başlıqlı məqalələrlə çıxış edib. Bu məqalələrdə Azərbaycanın tarixi, mədəniyyəti və müasir vəziyyəti haqqında macar oxucularına ətraflı məlumat verilib.


Hazırda Borbala Obuşanskanın Azərbaycana həsr edilmiş kitabı çap olunmaq üzrədir və kitab yaxın zamanlarda macar oxucularına təqdim ediləcək. Eyni zamanda bu ilin fevral ayında Bakıda Macarıstan səfirliyinin təntənəli açılışında kitabın təqdimat mərasiminin keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar