“Rusiya Azərbaycan xalqından üzr istəməlidir”
19 yanvar 2011 18:45 (UTC +04:00)

“Rusiya Azərbaycan xalqından üzr istəməlidir”

Ümid Partiyası 20 yanvar hadisələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda 20 yanvarın sonsuz hüzn və kədəri özündə ehtiva edən bir gün olmaqla bərabər, eyni zamanda xalqımızın əsrlərdən bəri bəslədiyi azadlıq arzularının həyata keçməsinin bir rəmzi olduğu vurğulanır: “Müstəqil, azad, demokratik dövlət qurmaq amalı ilə küçələrə çıxan xalqımızın mərd oğulları bu yolda öz canlarını qurban verməkdən belə çəkinməyiblər”.

Ümid Partiyası hadisədən 21 il keçməsinə baxmayaraq hələ də günahkarların cəzalandırılmadığını, hadisəyə hüquqi-siyasi qiymət verilmədiyini qeyd edilir: “Əgər Rusiya dövləti bu gün özünü keçmiş SSRİ-nin varisi hesab edirsə, 20 yanvar hadisəsinə görə Azərbaycan xalqından rəsmən üzr istəməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar