Azərbaycan ABŞ-la hərbi əlaqələrinə korrektələr edəcək
Bu barədə Lent.az-a Azərbaycan Silahlı Qüvvələrinin yuxarı eşalonundakı mənbələrdən məlumat verilib.
Mənbənin məlumatına görə, artıq bu sahədə bəzi konkret fikrlər mövcuddur. Bu Azərbaycan və ABŞ arasında 2011-ci ildə keçirilməsi planlaşdırılan bəzi tədbirlərə yenidən baxılması, bəzi tədbirlərin təxirə salınması ilə yadda qalacaq. Hətta ABŞ-la bəzi proqramların birgə icrasına xitam verilməsi də söhbət mövzusudur. Hansı ki, bura Xəzər Dənizində Təhlükəsizlik Proqramı (CMSP - Caspian Maritime Security Program), hava məkanından istifadəyə məhdudiyyətlərin tətbiqi və s. daxildir.
Artıq Azərbaycan tərəfinin bununla bağlı öz fikrlərini ABŞ tərəfinə çatdırdığını qeyd edən mənbə, konkret detalların bu yaxınlarda tərəflərin təhlükəsizlik və müdafiə məsələlərinə dair keçiriləcək geniş tərkibli görüşündə müzakirə olunacağını vurğulayıb.
Qeyd edək ki, ABŞ ötən dövrdə əsasən Azərbaycana kadrların hazırlanması və Xəzər dənizində sərhədlərin təmin olunması məqsədi ilə Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinə dəstək göstərən layihələrdə iştirak edib. «Azadlığa Dəstək Aktı»na məlum 907-ci düzəliş isə Birləşmiş Ştatların Azərbaycana silah və hərbi texnika satışını əngəllədiyindən ABŞ ötən dövrdə yalnız Azərbaycanın xarici sülyaratma əməliyyatlarında iştirak edən qüvvələrinin radiostansiyalarla təchizatında iştirak edib.
Avrasiya Silahsızlaşdırma və Konversiya Mərkəzinin regional məsələlər üzrə eksperti Məhəmməd İqbal Fadilin sözlərinə görə, hazırkı şəraitdə Azərbaycanın ABŞ-ın bəzi hərbi proqramlarında iştirakdan imtinası mümkündür. Ekspert deyir ki, rəsmi Bakının bir il əvvəl ABŞ-ın Avropa Komandanlığının təşkilatçılığı ilə Azərbaycanda ildə bir dəfə keçirilən «Regional Response» təlimindən imtina etməsi, eləcə də NATO-nun AWACS təyyarələrinə öz hava məkanını açmaqdan imtina etməsi ilə «yadda qalıb»: «Təbii ki, son olaylara nəzər saldıqda hərbi əməkdaşlıqda əhəmiyyətli korrektələrin edilməsini gözləməyə dəyər».
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev mətbuata açıqlamasında son dövrlər Amerika diplomatlarının “Wikileaks” saytında Azərbaycana qarşı yalan və iftiralarla dolu məlumatlarının yerləşdirildiyini vurğulayıb. «Belə məlumatlardan sonra hansı əməkdaşlıqdan söhbət gedə bilər? Heç bir əməkdaşlıqdan söhbət gedə bilməz», - deyən general ABŞ-dan fərqli olaraq digər ölkələrlə, o cümlədən Türkiyə və Xəzəryanı ölkələrlə əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyinə diqqət yönəldib. Onu da qeyd edək ki, E.Quliyevin rəhbərlik etdiyi struktura daxil olan Sahil Mühafizəsi ötən dövrdə ABŞ-ın sıx əməkdaşlıq etdiyi hərbi qurumlardandır. Rəsmi və qeyri-rəsmi məlumatlara görə, Birləşmiş Ştatlar tərəfindən indiyədək Azərbaycan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinə yardımlar göstərilib.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru, hərbi ekspert İldırım Məmmədov da hesab edir ki, yaranmış şərait hərbi münasibətlərə təsirsiz ötüşməyəcək: «Bu saytda yayılan məlumatlar ABŞ-ın ikiüzlü siyasətini açıb göstərdi. Təbii ki, həm bu məlumatlar, həm də Xəzər bölgəsində dövlətlərin yaxınlaşması fonunda okeanın o tayından bölgəyə gələn ABŞ-la münasibətlərə yenidən baxılması mümkündür».
Hərbi ekspert onu da vurğulayıb ki, ABŞ-ın indiyədək Azərbaycana hərbi yardımları simvolik - hansısa silah və ya müdafiə təyinatlı məmulatın nümunəsinin Bakıya pay verilməsindən ibarət olub: «ABŞ hərbi yardım olaraq ayırdığı vəsaitə müvafiq xarici maliyyələşmə proqramlarına uyğun olaraq hansısa hərbi vasitəni əldə edərək Azərbaycana bağışlayıb. Yaxud da həmin vəsait hesabına öz mütəxəssislərinin iştirakı ilə elə Amerikada treninqlər keçib. Mənim fikrimcə bundansa, həmin vəsait hesabına ölkəyə ABŞ-dan ən müasir texnologiyalar transfer olunmalı idi. Bunun sonda Azərbaycanı xarici hərbi asılılıqdan azad edəcəyini şübhəsiz ki amerikalı generallar bilirdilər».
Rəşad Süleymanov

528