Qənirə Paşayeva türk xalqlarını erməni iftiralarına qarşı birgə mübarizəyə çağırdı
Millət vəkili Qənirə Paşayevanın Şimalı Kiprdəki çıxış və görüşləri davam edir. Len.az-ın məlumatına görə, Avrasya Ekonomik İlişkilər Dərnəyi (Türkiyə) və Levkə Avropa Universitetinin Quzey Kıprıs Türk Cümhuriyyətində (KKTC) keçirdiyi “XXI yüzildə Türk Dünyası” adlı beynəlxalq simpoziumda iştirak edən millət vəkili Qənirə Paşayeva konfransdakı çıxışı və bir sıra televiziya kanalları və KİV nümayəndələrinə müsahibəsində Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib.
Ermənistanın müasir dünyanın gözü qarşısında Azərbaycan torpaqlarının 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxladığını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan vermədiyini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni və dini abidələri, qəbiristanlıqları dağıtdığını, Xocalıda və bir sıra digər kəndlərdə azərbaycanlılara qarşı soyqırım törətdiyini deyən millət vəkili, dünya dövlətləri, beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi bu vəhşiliklərə qarşı sərt mövqe ortaya qoymaması, problemin həlli istiqamətində işğalçıya qarşı təzyiqlər göstərməməsini böyük ədalətsizlik adlandıraraq, bunun böyük təəssüf doğurduğunu deyib. Millət vəkili vurğulayıb ki, işğalçı Ermənistan beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən bu təzyiqin göstərilməməsindən istifadə edərək münaqişənin həlli istiqamətində heç bir addım atmır, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi torpaqlardan geri çəkilmir və işğal etdiyi torpaqlarda vandalizm aktlarını davam etdirir.
Millət vəkili Qənirə Paşayeva Türkdilli dövlətlərin və toplumların bu məsələyə daha həssas yanaşmağa çağırıb. “Güc birlikdədir” deyən millət vəkili vurğulayıb ki, Qarabağ problemi təkcə Azərbaycanlıların deyil, bütün Türk dünyasının problemi olmalı və dünyanın hər yerində yaşayan türklər və onların təşkilatları bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır: “Biz sizin televiziyalarınız və qəzetləriniz vasitəsilə qazax, türkmən, özbək, qırğız, Balkan türkləri, Türkiyə türkləri, İraq türkləri, Rusiya türkləri, Kıbrıs Türkləri və dünyanın hər yerində yaşayan türk qardaş və bacılarımızı çağırırıq ki, Qarabağ problemini, Xocalı soyqırımını öz problemləri kimi hiss etsinlər, Ermənistanın işğalçılığı, erməni yalanları qarşısında bir Azərbaycan türkü, bir azərbaycanlı kimi mübarizə aparsınlar. Eyni zamanda biz ermənilərin qondarma “erməni soyqırımı” yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq. Biz problemlərimizə sənin, mənim, onun deyil, bizim problemimiz kimi baxmağı bacarmalı, ona qarşı birgə mübarizə aparmalı, onun həlli istiqamətində birgə çalışmalıyıq”.
Azərbaycan prezidenti İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən “biz müdafiədən hücuma keçməliyik” sözlərini xatırladan millət vəkili Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən danışıb və vurğulayıb ki, qondarma “erməni soyqırımı” iddiaları, ermənilərin Azərbaycanla, onun ayrılmaz parçası olan Qarabağla bağlı dünyada apardıqları yalan kompaniyasına qarşı bütün Türklər birgə mübarizə aparmalıdır: “Bu gün erməni diasporu, lobbisi öz havadarlarının dəstəyi ilə dünyanın bəzi ölkələrinin parlamentlərində qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qərarların qəbulu üçün çalışırlar. Bunların qarşısının alınması istiqamətində xaricdə yaşayan insanlarımız, haradan gəlməsindən asılı olmayaraq bütün tüklər birgə mübarizə aparmalıdır. Ermənilər 2015-ci ilə qədər, yəni, qondarma “erməni soyqırımının 100 illiyinə” qədər bu istiqamətdə addımlar atılacağını deyirlər. Bu cür qərarlar orada yaşayan insanlarımıza, haradan gəlməsindən asılı olmayaraq bütün türklərə nə qədər böyük bir zərbə ola bilər. Təbii ki, onlar bu yalanın doğru olmadığını deyəcəklər və onların hansı problemlərlə üzləşə biləcəyini düşünmək belə insanı dəhşətə gətirir. Ona görə də dünyanın hər bir ölkəsində türkiyəli, azərbaycanlı, qazax, özbək, qırğız, türkmən, kıbrıslı, iraqlı və. s demədən türklər bu yalanların qarşısının alınmasında ciddi və birgə çalışmalı, ermənilərin Xocalıda törətdiyi soyqırımın tanıdılması istiqamətində səylərini gücləndirməlidirlər”.
Millət vəkili qeyri-hökumət təşkilatları, diaspor təşkilatları ilə yanaşı kütləvi informasiya vasitələrinin də bu istiqamətdə fəaliyyətinin artmasının vacibliyindən danışıb. “Kütləvi informasiya vasitələri bu istiqamətdə daha fəal rol oynaya bilər” deyən millət vəkili virtual məkanın gücündən də danışıb və türk gənclərini bu məkandan erməni yalanlarının qarşısının alınması və həqiqətlərin daha geniş yayılması istiqamətində daha geniş istifadəyə çağırıb.
Millət vəkili eyni zamanda Azərbaycan dövlətinin və prezident İlham Əliyevin türk dövlətlərinin və xalqlarının əməkdaşlığının genişləndirilməsi, diasporlarımızın birgə və ümumi hədəflər uğrunda fəaliyyəti istiqamətində gördüyü işlərdən, türk dövlət başçılarının Naxçıvan zirvə toplantısı, alınan qərarlar, TÜRKPA-nın yaradılmasının önəmindən də danışıb və bildirib ki, bu addımlar türkdilli dövlətlərin və toplumların birliyinə və əməkdaşlığının daha genişlənməsinə xidmət edir və hamımızın güclənməmizə xidmət edir. O, deyib ki, getdikcə daha da gərginləşən və ədalətsizləşən dünyada türkdilli dövlətlərin və toplumların əməkdaşlığının surətli inkişafı və birliyi həm dövlətlərimiz və toplumlarımız, həm də bütövlükdə türk dünyasının bu günü və gələcəyi üçün ən vacib məsələdir.
Millət vəkili Qənirə Paşayeva simpozium çərçivəsində KKTC-nin prezidenti Dərviş Əroğlu, parlamentin spikeri Həsən Bozer, TÜRKSOY-un sədri Düsen Kaseinov, TÜRKSAM-ın prezidenti Sinan Oğan, Ankaranın Keçirörən bələdiyyə başqanı Mustafa Ak, Eyyub Bələdiyyəsinin başçısı İsmayıl Kavunçu, Lefke Avropa Universitetinin rektoru Ahmet Bülent Göksel ilə də görüşüb.

624