Səfir: “Kralı II Abdullah Azərbaycana mayın 15-də gələcək - MÜSAHİBƏ
“Səfər zamanı iki ölkə arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu”
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslının APA-ya müsahibəsi
- Azərbaycan və İordaniya arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Bu gün ölkələrin əməkdaşlıqda perspektiv saydığı sahələr hansılardır?
- Son 4 il ərzində İordaniya-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı hər iki dövlət başçısının marağındadır. Kral Abdullah iki dəfə Azərbaycanda səfərdə olub. Azərbaycan prezidenti İlham Əliyev də İordaniyada səfərdə olub. Mayın 15-də kral Abdullah yenə Azərbaycana üçüncü səfəri gözlənilir. Hər şeydən əvvəl ölkələrimiz arasında siyasi əlaqələr inkişaf edir. İordaniya rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində birmənalı şəkildə Azərbaycanın mövqeyi dəstəklənir. İordaniya Ermənistanın təcavüzünü pisləyir, işğal olunmuş torpaqların dərhal, heç bir şərt olmadan boşaldılmasını tələb edir, beynəlxalq təşkilatlar, o cümlədən, BMT, İslam Konfransı Təşkilatı çərçivəsində Azərbaycanın mövqeyini müdafiə edir. Əmmanda prospektlərdən birinə sabiq prezident Heydər Əliyevin adının verilməsini də xüsusilə qeyd etmək lazımdır. Ölkələr arasında intensiv nümayəndə heyətləri mübadiləsi var. İki ölkə arasında əməkdaşlığa dair 30-dan artıq saziş imzalanıb. Kralın səfəri zamanı isə iki sazişin imzalanması nəzərdə tutulub.
- Bunlar hansı sazişlərdir?
- Bunlardan biri Azərbaycan və İordaniya hökumətləri arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu, digəri isə Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə İordaniya Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş layihəsidir.
- İordaniya ictimaiyyəti Azərbaycanı tanıyırmı?
- Bu gün Əmmanda İordaniya-Azərbaycan Dostluğu Cəmiyyəti fəaliyyət göstərir. Rəhbəri Nazirlər Şurası sədrinin keçmiş müavini, indiki senatordur. Əlaqələrimiz ancaq rəsmi səviyyədə deyil. Azərbaycan diasporunun komissiyası da yaradılıb. Burada cəmiyyətin ayrıca ofisi mövcuddur. Orada toplaşıb fikir mübadiləsi aparır, Azərbaycana həsr olunmuş gecələr, sərgilər keçirirlər. Bir şeyi də qeyd etmək istəyirəm. 1980-ci ildə o zaman SSRİ rəhbərliyində çalışan Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin «Sovet Azərbaycanı» adlı kitabı ərəb dilinə tərcümə olunaraq Əmmanda çap edilib. Bu da İordaniyada Azərbaycana olan marağın göstəricisidir və burada Azərbaycanı yaxşı tanıyırlar. Elə həftə olmur ki, qəzetlər, televiziyalar Azərbaycan haqqında, Azərbaycan səfirliyinin fəaliyyəti haqqında nə isə xəbər verməsin.
- İqtisadi əlaqələr necədir? Ticarət dövriyyəsində artım və ya azalma varmı?
- İqtisadi sahədə əlaqələr inkişaf etməkdədir. Bununla bağlı ayrıca saziş var və müntəzəm olaraq görüşlər keçirilir. Hökumətlərarası komissiya təşkil olunub və birinci iclas Əmmanda keçirilib. Növbəti, ikinci iclasın bu ilin ikinci yarısında Bakıda keçirilməsi planlaşdırılır. İqtisadi əlaqələrin inkişafı üçün bir neçə biznes-forum keçirilib. Artıq Azərbaycanda 15-ə yaxın İordaniya şirkəti fəaliyyət göstərir. Bu ilin ikinci yarısında Əmmanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bununla əlaqədar olaraq mayın sonlarında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Əmmana gələrək hazırlıq işlərini müzakirə edəcək. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi elə də böyük deyil. Amma irəliləyiş də var. Məsələn, ötən il ticarət dövriyyəsi 43% artıb. Bu ildən Azərbaycan İordaniyadan tərəvəz və meyvə idxalına başlayıb. İordaniya tərəfi isə Azərbaycandan mal-qara və xırdabuynuzlu ev heyvanlarının idxalına maraq göstərir.
- Azərbaycan Əmmanda keçirilən SOFEX hərbi sərgisinə qatılmaqla öz müdafiə təyinatlı məhsullarını bu ölkədə nümayiş etdirdi. Bu sahədə əməkdaşlıq barədə nə deyə bilərsiniz?
- Hərbi sahədə əməkdaşlıq mövcuddur və bu sərgidə iştirak da həmin əməkdaşlığın nəticəsi idi. Onu da deyim ki, hərbi sahədə əməkdaşlıq üçün müştərək komissiya da yaradılıb. Həmin komissiyanın Əmman və Bakıda iki iclası keçirilib. Sonuncu iclası aprel ayında Bakıda oldu. Azərbaycanın hərbi qurumlarının nümayəndələri müntəzəm olaraq Əmmana səfərlər edirlər.
- Bir neçə ay əvvəl, Azərbaycan və Suriya qaz danışıqlar aparılan zaman Suriya mətbuatı yazmışdı ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli baş tutarsa, bu ölkədən tranzit keçməklə İordaniyaya da nəql edilməsi mümkündür. Bu sahədə hansısa danışıqlar aparılırmı?
- Hazırda bu sahədə ciddi nə isə yoxdur. Fikir mübadiləsi aparılıb. Amma real nəticə olmadığından nə isə demək düzgün deyil.

694