Baş yepiskop: “Azərbaycan dialoq istəyir” - MÜSAHİBƏ
07 may 2010 16:15 (UTC +04:00)

Baş yepiskop: “Azərbaycan dialoq istəyir” - MÜSAHİBƏ

APA-nın məlumatına görə, II Qaregin sammitə Moskva və Bütün Rusiyanın patriarxı Kirill və şeyxülislam Allahşükür Paşazadə tərəfindən dəvət edilib. Vaşinqtonda yerləşən Şərqi Yeparxiyanın Leqatı baş yepiskop Viken Aykazian da sammitə ABŞ-dakı Milli Kilsələr Şurasının keçmiş prezidenti qismində qatılıb. Aprelin 29-da “The Armenian Reporter”un redaktoru Emil Sanamyan baş keşiş Aykaziandan Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşməyi xahiş edib. Aykazian Bakı şəhərinin onda böyük təəssüratlar doğurduğunu bildirib. Müsahibəni oxuculara təqdim edirik.


- Ən çox təəssürat doğuran Bakı şəhərinin özü idi. Bakı çox gözəl, canlı və çox təmiz şəhərdir. Bu şəhər mənə bir qədər İstanbulu xatırlatdı. Bu köhnə şəhəri görəndə (qeyd edim ki, mən şəhərin az hissəsini gördüm) başa düşürsən ki, burada mədəniyyət var və bu təkcə neft pulları deyil. Mən daşa düşdüm ki, şəhərdə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülüb. Yollar olduqca yaxşı vəziyyətdədir, xüsusilə aeroportdan şəhərə gedən yol çox gözəldir və yol boyunca ornamentli divarlar tikilib. Bakıya daxil olduqda insanda çox yaxşı təəssüratlar yaranır. Yerevanda isə əksinə aeroportdan şəhərə gedən yol tamamilə cansıxıcıdır.


Konfransın özü də yüksək səviyyədə təşkil olunmuşdu. Mən hətta bu konfrans haqqında bir neçə il əvvəl Moskvada iştirak etdiyim konfransdan da daha yaxşı şeylər deməliyəm. Təhlükəsizliyə çox ciddi şəkildə riayət olunurdu. Biz şəhərə daxil olanda aeroportdan konfransın keçirildiyi yerə qədər yollar bağlanıb və küçənin hər küncündə polis dayanmışdı. Eyni təhlükəsizlik şəraiti katolikosun Prezident sarayında İlham Əliyevlə görüşü zamanı da yaradılmışdı.


- Bakıya getmək sizin üçün son anda qəbul edilmiş qərar idi?


- Mən Milli Kilsələr Şurası adından dəvət edilmişdim, lakin əvvəlcə getməyi planlaşdırmırdım. Lakin katolikosla danışanda o, Rusiya patriarxı və Şeyxülislam tərəfindən şəxsən dəvət edildiyini və konfransda iştirak etməyi planlaşdırdığını dedi və mənə də getməyi təklif etdi. Beləliklə, mən Milli Kilsələr Şurası adından konfransda iştirak etdim, lakin Yerevandan Bakıya katolikosla yola düşdüm. Rusiyada yaşayan bir erməni iş adamı bizə təyyarə təklif etdi və biz Yerevandan Bakıya 45 dəqiqəyə çatdıq.


- Konfransın başlanmasından bir neçə həftə əvvəl Şeyxülislamın Katolikosun Bakıya gedəcəyinə şübhə ilə yanaşdığı haqda xəbərlər yayılırdı.


- Bəzi şübhələr var idi ki, əgər Rusiya patriarxı, Şeyxülislam və katolikos birgə bəyanatla çıxış edəcəkləri haqda əvvəlcədən razılığa gələ bilməsələr, bu səfər baş tutmayacaq. Katolikos Bakıya getməmişdən əvvəl balanslı bəyanatın verilməsini istəyirdi və bu haqda razılıq əldə edildikdən sonra səfər də baş tutdu. Biz şəhərə təxminən səhər saat 9-da çatdıq və axşam saat 10-da şəhəri tərk etdik. Sammitdən əlavə biz Qriqoryan erməni kilsəsinə da baş çəkdik. 1990-cı ildə burada baş vermiş yanğın nəticəsində freskalar pozulub, xaç iti və mehrab dağılmışdı. Lakin bina özü yenidən təmir edilib və yaxşı vəziyyətdə saxlanıb. Bizə dedilər ki, hazırda binada çoxlu sayda kitab, o cümlədən erməni dilində 6000 kitab saxlanılır. O kitablara baxan qadın ermənicə səlis danışan Yerevandan olan azərbaycanlıdır.


- Sizin söylədikləriniz bu səfərin əhəmiyyətliliyini göstərir?


- Hər kəs bunu bir tarixi hadisə hesab edir. Ümid edirik ki, bu, gərginliyi az da olsa azaldacaq. Deyə bilmərəm nə qədər effektli olacaq. Lakin ən azından biz göstərdik ki, danışıqlara hazırıq. Katolikos da Şeyxülislamı Yerevana dəvət elədi və o da bu dəvəti qəbul etdi.


- Ermənistan kilsəsinin imici Azərbaycanda uzun illər rəsmi şəxslər və media tərəfindən mənfi şəkildə təqdim edilib. Azərbaycandan tez-tez müharibəyə başlayacağı ilə bağlı təhdidlər də eşidilir. Bu, katolikosu sammitdə iştiraka dəvətlə nə dərəcədə uyğundur?


- Dini liderlər bir yerə toplaşdı, çünki biz inanırıq ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında biz müsbət rol oynaya bilərik. Dini liderlərin siyasi gücü olmaya bilər, ancaq onlar hakimiyyətdəkilərə təsir göstərə bilərlər. Qeyd etməliyəm ki, artıq 1993-cü ildə Dünya Kilsələr Şurasının vasitəçiliyi ilə Şeyxülislam birinci katolikos Vazgenlə birlikdə Qarabağın dini münaqişə olmadığı haqda bəyanat verdi və Bakı icması da bu bəyanatla razı olduğunu söylədi.


- Axı Azərbaycan fəal şəkildə İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində öz mövqeyinə dəstək axtarırdı və Birləşmiş Millətlər Təşkilatında bir çox İKT üzvlərinin dəstəyini qazanıb.


- Bu, doğrudur. Ancaq eyni zamanda islam qrupları və ya təşkilatları heç vaxt problemi dini münaqişə kimi qiymətləndirməyib. Hətta azərbaycanlı dini liderlər belə cihadla bağlı çağırışlar verməyiblər. Belə bir çağırışın ola biləcəyi barədə bəzi bəyanatlar verilib, lakin bu reallaşmayıb və reallaşacağına da inanmıram.


- Bu gün Şeyxülislamın Azərbaycandakı rolu haqda nə deyə bilərsiniz?

- Bu haqda danışmaq çətindir, ancaq düşünürəm ki, o nüfuzlu bir şəxs, eyni zamanda yaxşı bir insandır. Onun sadəliyi məni heyran etdi. O katolikosa qarşı olduqca mehriban və nəzakətli idi. O, hətta konfransdakı 100 qonağı qoyub katolikosu hava limanına qədər müşayiət etdi. Təəssüratım belədir ki, o, sakit və sadə bir insandır. Və əlbəttə, onun Ermənistana gəlməklə bağlı dəvəti qəbul etməsi o deməkdir ki, dialoq davam etdiriləcək.


- Ermənistanda bəziləri katolikosu erməni dini irsi yerlərini hədəfə almaqda davam edən, “Old Jugha” (Köhnə Cuqa) orta əsr qəbiristanlığını dağıdan bir ölkəyə səfər etməyə razılıq verdiyinə görə tənqid edirdilər. Bu məsələlər Bakıda qaldırıldımı?


- Katolikos apardığı danışıqlarda “Old Jugha” ya (Köhnə Cuqa) da toxundu və hər iki ölkədə abidələrin qorunmasının zəruriliyini vurğuladı. Qəbul edilən kommunikedə də bu məsələ öz əksini tapıb.


- Katolikosa bu səfər necə təsir bağışladı?


- Katolikos bu dialoq üçün hazırdır. Dialoq sülh haqqında olmalıdır. Bizim bir-birimizdən xoşumuz gələ də, gəlməyə də bilər. Lakin qarşılıqlı səfərlər etməli, danışıqlar aparmalıyıq.


- Ötən altı və ya yeddi ildə Azərbaycan hökuməti bu səfərlərin baş tutmasına maneçilik törədirdi və formal beynəlxalq tədbirlər xaricində ermənilər Azərbaycana gedə bilmirdilər və Azərbaycanda da Ermənistana gedənlər sonradan öz ölkələrinə qayıdanda təzyiqlərlə üzləşirlər. Bu vəziyyət dəyişir?


- Hesab edirəm ki dəyişir. Hesab edirəm ki, ziyalılar və jurnalistlər arasında daha çox əlaqələr yaranacaq. Lakin mötədil insanlar problem yaratmaq əvəzinə problemlərin həllində maraqlı olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar