“Münaqişə dondurulmuş deyil...”
11 dekabr 2012 16:36 (UTC +04:00)

“Münaqişə dondurulmuş deyil...”

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının xarici işlər nazirinin müavini və dövlət katibi İv Rosyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə olunub və ölkələr arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsi vacib sayılıb.


Elmar Məmmədyarov İsveçrəli rəsmiyə regional enerji layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu haqda danışıb. Ermənistan Azərbaycan münaqişəsi haqda məlumat verən Elmar Məmmədyarov mövcud status kvonun dəyişdirilməsinin zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, münaqişənin həlli üçün ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmalıdır. Eyni zamanda danışıqlar danışıqlar xatirinə deyil, nəticənin əldə olunması üçün aparılmalıdır. Elmar Məmmədyarov bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişənin həlli üçün geniş imkanlar yaradacaq. Münaqişənin dondurulmuş olmadığını bildirən Elmar Məmmədyarov regionda sülhün təmin olunması üçün münaqişənin həlli istiqamətində ciddi işlərin görülməsinin əhəmiyyətini qeyd edib.


Görüşdə etimad tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi vacib sayılıb, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar