Saxta pullara  görə tutulana  ağır cəza   istənildi
26 noyabr 2026 12:36 (UTC +04:00)

Saxta pullara görə tutulana ağır cəza istənildi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pulların dövriyyəsində təqsiləndirlən Tamerlan Hümbətovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsiləndirlən Tamerlan Hümbətovun 9 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 3 dekabra təyin olunub.

İttihama görə, Tamerlan Hümbətov saxta pulları tədavülə yararlı pullarla dəyişdirmək üçün kassalara verib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) və 204.1-ci maddəsi ilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar