Oqtay Əsədov: «... bir deputatımız yoxdur”
11 dekabr 2012 12:30 (UTC +04:00)

Oqtay Əsədov: «... bir deputatımız yoxdur”

0
“Ermənistanda cəmi 2 milyon əhali qalıb, dünyada 10 milyon erməni var, 8 milyonu xaricdə yaşayır, xaricdə yaşayan ermənilərə diqqət yetirməliyik”.
Lent.az-ın verdiyi məlumata görə, bunu spiker Oqtay Əsədov söyləyib. Oqtay Əsədov xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin hakimiyyət orqanlarında təmsilçiliyinə xüsusi diqqət yetirilməli olduğunu bildirib: «28 erməni Rumıniya parlamentinə üzv seçilib. Bizimkilər bir-birinə dəstək vermir. Sankt-Peterburqda 350 min azərbaycanlı, Ukraynada 500 min azərbaycanlı yaşayır, amma bir deputatımız yoxdur. Biz bu məsələlərə diqqət yetirməliyik”.


YAP icraçı katibinin müavini Siyavuş Novruzov Gürcüstandakı soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiya etməli olduğunu söyləyir: “Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsi, ali təhsil alması vacibdir. Biz birinci vitse-spiker Ziyafət Əsgərovla da bu məsələ ilə maraqlanmışıq. Deyirlər ki, kadr gətirin. Gürcü dilini bilir? Yox! Ali təhsili harada alıb? Elşad Abdullayevin universitetində. Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalıdırlar”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2548

Oxşar yazılar