İlyas İsmayılov seçiciləri ilə görüşüb
0
0
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qazaxın Qarapapaq, Ağstafanın Həsənsu və Tovuzun Aşağı Quşçu kəndlərində ötən həftə keçirilən görüşlərdə seçicilər onları narahat edən məsələlər və üzləşdikləri problemlər barədə danışıblar.
Müəllimlərin maaşının azlığı, dövlət ali məktəblərində ödənişli təhsil sisteminin valideynlər və onların tələbə övladları üçün yaratdığı çətinliklər, pensiya təminatının bu günün ehtiyaclarına nəinki uyğun olmaması, heç müayinə və dərman pulunu ödəməyə belə yetməməsi, eləcə də əkin suyunun çatışmaması, xarab olmuş mövcud artezian quyularının təmiri üçün lazımi vəsaitin ayrılmaması və s. məsələlər xüsusilə qabardılıb.
Milli Məclisin üzvü seçicilərini dinlədikdən sonra onların qaldırdıqları problemlərin həlli üçün müvafiq dövlət qurumlarına və vəzifəli şəxslərə müraciət edəcəyini bildirib.
İ.İsmayılov daha sonra seçiciləri maraqlandıran müxtəlif ictimai-siyasi məsələlərlə bağlı mövqeyini açıqlayıb və onların çoxsaylı suallarını cavablandırıb.