QDİƏT-in baş katibi Azərbaycana gələcək
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tsvirkun noyabrın 25-27-də Azərbaycanda səfərdə olacaq. QDİƏT Katibliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş katib Azərbaycan prezidenti, baş nazir və xarici işlər naziri ilə görüşəcək. Görüşlərdə QDİƏT-lə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivləri, QDİƏT regionunda mövcud durum, təşkilatın gələcək planları müzakirə olunacaq.
Viktor Tsvirkun həmçinin Bakıda QDİƏT Parlament Assambleyasının 40-cı plenar sessiyasında iştirak edəcək.
Viktor Tsvirkun həmçinin Bakıda QDİƏT Parlament Assambleyasının 40-cı plenar sessiyasında iştirak edəcək.
737