Uruqvay parlamentinin sədri Azərbaycana gələcək
Azərbaycanın Argentinadakı səfiri, eyni zamanda Uruqvayda akkreditə olunmuş Məmməd Əhmədzadə Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Orriko ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair, eləcə də qarşılıqlı iqtisadi, ticarət və sərmayə imkanları barədə fikir mübadiləsi aparılıb.
Cari ilin iyul ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Uruqvaya səfəri zamanı onunla keçirdiyi görüşü məmnunluqla xatırlayan Xorxe Orriko bu səfərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını söyləyib. Məmməd Əhmədzadə Uruqvay parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılmasına verdiyi dəstəyə görə Xorxe Orrikoya təşəkkürünü çatdırıb. Azərbaycan parlamentində də Uruqvayla parlamentlərarası dostluq qrupunun yaradıldığı barədə məlumat verən Məmməd Əhmədzadə dostluq qruplarının iki ölkə arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Görüşdə cari ilin oktyabr ayının əvvəllərində Uruqvay Senatının və Nümayəndələr Palatasının üzvlərindən ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfəri və səfər zamanı Azərbaycan Respublikası prezidenti İlham Əliyev və digər rəsmilərlə keçirdiyi görüşlərin əhəmiyyəti vurğulanıb. Məmməd Əhmədzadə Uruqvay parlamentinin sədrini Azərbaycana səfərə dəvət edib. Xorxe Orriko dəvəti məmnuniyyətlə qəbul edib. Məmməd Əhmədzadə Uruqvay parlamentinin sədrinə Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasına dair ölkəmizin mövqeyi barədə məlumat verib. Xorxe Orriko isə bildirib ki, Uruqvay ənənəvi olaraq münaqişələrin sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdarıdır.

624