CAR-ın səfiri Azərbaycandan yazıb
Bu gün Cənubi Afrika Respublikasının (CAR) “The New Age” qəzetində Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı və 1997-2001-ci illərdə iqamətgahı Ankara şəhərində yerləşən CAR-ın Azərbaycandakı səfiri Tom Vilerin (Tom Wheeler) “Azərbaycan: irəliyə gedən yolda” başlıqlı məqaləsi dərc edilib.
Azərbaycanın CAR-dakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə bu ilin CAR və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ilinə təsadüf etdiyi vurğulanıb və bu ilin əvvəllərində Azərbaycanın Cənubi Afrikada səfirliyinin fəaliyyətə başladığı qeyd edilib.
Azərbaycanın müstəqillik tarixi barədə ümumi məlumat verilən məqalədə həmçinin ölkəmizin Türkiyə, Rusiya və İran kimi nəhəng dövlətlər tərəfdən əhatə olunmasına baxmayaraq, özünəməxsus siyasi və iqtisadi yoluna malik olması xüsusilə vurğulanıb, Azərbaycanın neft tarixi barədə geniş məlumat verilib və Azərbaycan hökumətinin neftdən əldə edilən gəlirin uğurlu istifadəsi xüsusilə qeyd edilib, Azərbaycanın neftdən olan asılılığının ildən ilə azaldığı bildirilib. Eyni zamanda müəllif Azərbaycan hökumətinin gənclərin təhsilinə böyük diqqət yetirildiyini və bu sahədə ayrılmış vəsaitin ən vacib investisiyalardan olduğuna inandıqları vurğulanıb.
Tom Viler məqaləsində həmçinin Azərbaycanın CAR-dakı səfirliyinin fəaliyyətə başladığı qısa müddət ərzində bir sıra digər səfirliklərin uzun illər ərzində yarada bilmədikləri ictimai rəyi yaratmağa nail olduqlarını və eyni zamanda bu yaxınlarda fəaliyyətə başlamış “Azərbaycan Dostları” («Friends of Azerbaijan») Cəmiyyətinin yaradılmasına böyük təkan verdiyi qeyd edilib. Qısa müddət ərzində səfirliyin və “Azərbaycan Dostları” Cəmiyyəti tərəfindən CAR-da bir sıra tədbirlərin keçirilməsi, o cümlədən Pretoriya Universitetində konsert, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbərinin ölkəyə səfəri və səfər çərçivəsində Keyp Taun, Yohannesburq şəhərlərində və CAR-ın Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Departamentində oxuduğu mühazirələr diqqətə çatdırılıb.
Qeyd edək ki, “The New Age” qəzeti CAR-ın ingilis dilində çap edilən ən böyük və nüfuzlu qəzetlərindən biridir.

895