ABŞ-ın Ermənistandakı səfiri:«Mülki təyyarənin vurulması yolverilməzdir»
ABŞ-ın Ermənistandakı səfiri Con Xefferen ermənilərə məxsus mülki təyyarənin vurulması niyyətinin yolverilməz olduğunu söyləyib.
Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, amerikalı diplomat deyib:«Mən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin təmsilçisi kimi həmsədrlərin bununla bağlı verdiyi bəyanatı əsas götürürəm. Tərəflər təhrikedici fəaliyyətdən imtina etməlidir. Bununla belə mülki təyyarəyə qarşı zor tətbiqi istənilən halda yolverilməzdir»».
Xatırladaq ki, Xankəndidəki hava limanı istifadəyə hazır saylsa da hələ oradan uçuş edilməyib.
İşğal altında olan Azərbaycan torpaqları ilə bağlı məsələnin həllində NATO-nun ehtimal olunan fəaliyyətinə münasibət bildirən səfir deyib ki, danışıqlar ATƏT-in Minsk Qrupunun başçılığı ilə keçirilir: «NATO burada heç bir rol oynaya bilməz»

2641