Bahar Muradova: “Parlamentdə qadınların sayı indikindən çox olacaq...”
0
0
Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova digər ölkələrin, o cümlədən, Türkiyənin ali qanunverici orqanı ilə müqayisədə Azərbaycan parlamentində adın millət vəkillərinin sayının az olması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib. Bahar Muradova deyib ki, bu, gözəl iddiadır: “Amma indi baxır, bu iddianı nə dərəcədə gerçəkləşdirmək qabiliyyətinə malikik və nə dərəcədə onu etməyə iradəmiz çatır. Mən heç belə də düşünmürəm ki, Azərbaycan bu məsələdə qardaş Türkiyədən geridədir. Faiz hesabı ilə yanaşsaq, biz heç də Türkiyədən geridə deyilik və əslində hər zaman da onlardan irəlidə olmuşuq. Onlarda parlament üzvlərinin sayı çoxdur. Bu hesabla yanaşanda onların sayı çox görünə bilər, amma faizlə yanaşanda biz heç də geridə deyilik. Bu gün Milli Məclisin 124 üzvündən 19-u qadındır və son seçkilərdə də birdən-birə bizim sayımız 6 nəfər artıb. Ona görə mən inanıram ki, bu nümunə bir çox qadına stimul, ruh verir və qarşıdakı seçkilərdə onlar parlamentdə daha çox sayda olacaq. Ən azı ona görə ki, artıq ictimai-siyasi mühitdə bizim ardımızca gələn qadınların nəfəsini hiss edirəm, onlar parlamentə gələcəklər, seçiləcəklər”.
0
0