Qarabağ həqiqətləri türk mediası vasitəsi ilə dünyaya çatdırılacaq
18 oktyabr 2012 17:41 (UTC +04:00)

Qarabağ həqiqətləri türk mediası vasitəsi ilə dünyaya çatdırılacaq

0
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov Türkiyədə səfərdədir. Lent.az-ın məlumatına görə, səfər zamanı bir neçə gün ərzində O. Əkbərov Türkiyənin nüfuzlu telekanallarının canlı yayımda qonağı olacaq.

Görüşlərin əsas məqsədi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı münaqişə, münaqişənin həllində Ermənistan tərəfinin tutduğu qeyri konstruktiv mövqe, işğalçılıq siyasətinin nəticəsi olaraq bu gün bölgədə yaranan qeyri sülh şəraitinin Azərbaycanla yanaşı, bütövlükdə region üçün yaratdığı qeyri stabil vəziyyət haqqında məlumatları Türkiyə mediası vasitəsi ilə Türkiyə və dünya ictimaiyyətinə çatdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 809

Oxşar yazılar