Ramil Usubov Türkiyənin Azərbaycandakı yeni səfirini qəbul edib
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir səfiri yeni təyinat münasibətilə təbrik edib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün gələcək fəaliyyətində uğurlar arzulayıb. R.Usubov səfirə müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə məlumat verib. Daxili işlər naziri hər iki ölkənin Daxili İşlər Nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə də məlumat verib. Qeyd olunub ki, DİN-lər arasında əməkdaşlığa dair sazişin müddəalarına uyğun olaraq yaradılmış Müştərək Komissiya çərçivəsində daxili işlər orqanlarının əməkdaşları üçün iki ölkədə 55 təlim kursları keçirilib, bu təlimlərə 700-dən çox polis əməkdaşı cəlb edilib.
Səmimi qəbula, təbrikə və ətraflı məlumata görə təşəkkür edən səfir görüşün əlamətdar bir hadisəyə - Azərbaycanın Dövlət müstəqilliyinin bərpası gününə təsadüf etməsindən, qısa zaman kəsiyində respublikamızın sürətli bir inkişaf yolu keçməsindən məmnunluğunu bildirib, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlətlər və xalqlar arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Oxşar yazılar

General Məhərrəm Həsənov sərəncama götürüldü
31 may 2025 , 21:10
Qarabağda vətəndaşlara öz evlərini tikməyə icazə verilsin – Deputatdan TƏKLİF -VİDEO
30 may 2025 , 17:12
Türkiyə-Azərbaycan-Pakistan: Coğrafiyaları aşan ittifaq
30 may 2025 , 16:30
"Peşəkar media araşdırmaları gözləyir, qeyri-peşəkarlar isə tiraj" - VÜSALƏ MAHİRQIZI
29 may 2025 , 21:43
Ermənistanın Azərbaycanda mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edildi
29 may 2025 , 20:23
Laçında tarixi Zirvə görüşü: Yeni geosiyasi ittifaqın təməlini qoyuldu
29 may 2025 , 18:30
Aprel döyüşlərində yaralanan hərbçi: Ermənistan ordusu qadağan olunmuş mərmilərdən istifadə edirdi
29 may 2025 , 15:32