Qənirə Paşayeva TBMM-in sədr müavini ilə görüşüb - FOTO
18 oktyabr 2012 15:48 (UTC +04:00)

Qənirə Paşayeva TBMM-in sədr müavini ilə görüşüb - FOTO

0
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva TÜRKPA-nın “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda İstanbulda keçirdiyi beynəlxalq forum çərçivəsində Türkiyə Böyük Millət Məclisi (TBMM) başqanının müavini Mehmet Sağlam ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasi¬bətləri, bu münasibətlər sistemində hər iki ölkə parlamentarilərinin üzərinə düşən və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin daim Azərbaycanın yanında olduğunu və olacağını vurğulayan M. Sağlam ölkələrimizin bir-birinə dəstəyinin bundan sonra da davam edəcəyini xüsusi vurğulayıb: “Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəyik”.
Q. Paşayeva öz növbəsində “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” fikrini qeyd edərək, Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib: “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə Avrasiya məkanının, bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və uğurlarına sevinir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar