Oqtay Əsədov: “Bu məsələni şişirtmək lazım deyil”
Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisdə cari məsələlər
üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Fərəc Quliyev bunu söyləyib.
Millət vəkili İqbal Ağazadə isə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun azadlığa buraxılması ilə bağlı millət vəkillərinin məhkəmədən xahiş etdiklərini, ancaq məhkəmənin bu xahişi nəzərə almadığını vurğulayıb: “Xarici ölkələrdə bu məsələ hətta girov qoymaqla həll edilir. Millət vəkillərinin xahişinə bu cür münasibət
təəssüf doğurur”.
İqbal Ağazadə 18 oktyabr Müstəqillik Gününün iş günü olmasını da qəbuledilməz sayıb: “28 may İstiqlaliyyət Gününü qeyd edirik, ancaq 18 oktyabr Müstəqillik Gününü niyə qeyd etməməliyik? Xaricdə Müstəqillik Gününə belə münasibətimizi bilsələr, bizə gülərlər”.
Spiker Oqtay Əsədov isə prezident İlham Əliyevin son çıxışına toxunub: “Prezident İlham Əliyev neft hasilatının əlifbasını söylədi. Nə vaxt hasilat aşağı düşəndə nə etmək lazımdır, bu, hər kəsə aydındır. 3 il hasilatı sabit saxlamaq olar. Prezident dedi ki, BP savadlı şirkətdir. Götürdüyü öhdəlikləri yerinə yetirsin. Necə oldu ki. Azərbaycanın payı 80 faizə çatanda hasilat aşağı düşdü? Deməli, BP-nin hasilatı yüksəltməkdə marağı olmayıb. Prezident Azərbaycanın marağını qoruyur. Bəziləri isə sevinirlər. Nəyə sevinirlər? BP də xəbərdaolığını aldı, hasilatı yüksəldəcək. Bütün bunlara sevinənlər Azərbaycanı sevməyənlərdir”.
Oqtay Əsədov Azərbaycan Respublikasının Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olduğunu və 28 mayın İstiqlal Günü kimi qeyd olunduğunu söyləyib. O, Gülər Əhmədova məsələsinə də toxunub: “Gülər Əhmədova deputat mandatından imtina edib, istintaq gedir, bu məsələni şişirtmək lazım deyil”.
Ramiz

1731