Elmar Məmmədyarov qırğız həmkarı ilə görüşüb - FOTO
0
0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdildayevi qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin genişlənməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətli olduğunu söyləyib.
Erlan Abdildayev isə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu və ölkələrimiz arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib. Görüş zamanı nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.