Kəmaləddin Heydərov Koreya səfirini qəbul edib
0
0
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Koreyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Çoi Sukini qəbul edib.
APA-nın xəbərinə görə, görüşdə nazir fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Nazir hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini səfirin diqqətinə çatdırıb.
Səfir səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.