Elmar Məmmədyarov İran, Misir və Litvanın yeni səfirlərini qəbul etdi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Möhsün Pakayini qəbul edib.
Elmar Məmmədyarov İran səfirini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib. O, ortaq tarixi və mədəni köklərə malik iki qonşu ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını önəmli sayıb. Möhsün Pakayin ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söyləyib və Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. O, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib və ölkəsinin müstəqil Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Elmar Məmmədyarov Misirin yeni təyin olunmuş səfiri Tarik Abu Sinanı da qəbul edib. O, Misir səfirini Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu dilə gətirib. Tarik Abu Sina öz növbəsində ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu bildirib və iki ökə arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə fəaliyyəti müddətində bu münasibətlərin genişləndirilməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov daha sonra Litva Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Arturas Jurauskası qəbul edib. Elmar Məmmədyarov Litvanın yeni səfirini ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik və onun fəaliyyətinin Azərbaycan ilə Litva arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini dilə gətirib. Arturas Jurauskas ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45