Azərbaycan və Özbəkistan arasında 3 sənəd imzalanıb
12 oktyabr 2012 15:56 (UTC +04:00)

Azərbaycan və Özbəkistan arasında 3 sənəd imzalanıb

0
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Birgə Bəyanatı”nı ölkə başçıları İlham Əliyev və İslam Kərimov imzalayıb.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və onun özbək həmkarı Abdulaziz Kamilov imzalayıb. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nı Azərbaycan tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən baş nazirin birinci müavini - maliyyə naziri Rustam Azimov imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1007

Oxşar yazılar