Müxalifət “13 oktyabr” aksiyasının vaxtını dəyişdi
12 oktyabr 2012 12:40 (UTC +04:00)

Müxalifət “13 oktyabr” aksiyasının vaxtını dəyişdi

0
Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Ədalət Yusubov deyib. Ə. Yusubov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yürüşə razılıq vermədiyindən ilkin olaraq, məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi nəzərdə tutulub: “Akasiyanın daha uyğun bir şəraitdə və vəziyyətdə keçirilməsi təşəbbüsündə olacağıq. 13 oktyabr tarixini isə itirilmiş gün hesab edirik”.


Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı şəhər rəhbərliyinə müraciət edib. BŞİH isə İP-in göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirməsini məqsədəuyğun hesab etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1050

Oxşar yazılar